Şənbə
Dek 13

"Vogue" jurnalı Roma Papasını "İlin dəbli məşhuru" seçdi

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

"Vogue" jurnalı 2025-ci ilin ən dəbli məşhurlarının adını açıqlayıb.

King.Az xəbər verir ki, siyahı jurnalın saytında dərc edilib.

Moda redaktorları reytinqlərində Roma Papası XIV Leo, aktyorlar Timoti Şalame, Ceykob Elordi, Aleksandr Skarsqard və reper ASAP Rokinin adlarını qeyd ediblər. İlk beşliyə model Aleks Konsani, musiqiçi Bad Bunni, aktrisa Cenna Orteqa, komediyaçı Ayo Edebiri və reper Doeçi də daxil olub.

Reytinqdə aktrisalar Pamela Anderson, Zoyi Kravits, Keyt Blanşet və tennisçi Vinus Uilyamsın adı da var. Mütəxəssislər həmçinin müğənnilər Rihanna, Rozaliya və Eddison Rey, modellər Kendal Cenner, Heyli Biber və Anok Yayın adlarını xüsusi vurğulayıblar.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.