Cümə
Yan 09

Tramp Venesuelanın müxalifət lideri Maçadonun Vaşinqtona səfər edəcəyini açıqladı

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Venesuela Milli Assambleyasının keçmiş deputatı və müxalifət lideri, Nobel Sülh Mükafatı laureatı Mariya Korina Maçado gələn həftə Vaşinqtona səfər edəcək və ABŞ Prezidenti Donald Trampla görüşəcək.

King.Az-ın xəbərinə görə, bu barədə Tramp "Fox News" telekanalına müsahibəsində məlumat verib:

"Belə başa düşürəm ki, Maçado gələn həftə gələcək və mən səbirsizliklə onunla salamlaşmağı gözləyirəm. Eşitmişəm ki, o, bunu etmək istəyir", - deyə Tramp bildirib.

O həmçinin qeyd edib ki, Mariya Korina Maçado olduqca xoş insandır.

Yanvarın 6-da Maçado özünün Nobel Sülh Mükafatını Trampa verməyə hazır olduğunu bəyan edib. Mükafat siyasətçiyə 2025-ci ildə Venesuelada demokratiyanın təşviqi üzrə səylərinə və diktaturadan demokratiyaya dinc yolla keçid cəhdlərinə görə təqdim edilib.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.