"Nvidia" şirkəti ABŞ hakimiyyətindən Çin bazarına "H20" adlı süni intellekt çiplərinin ixracına icazə alıb. Bu qərar ABŞ Prezidenti Donald Tramp administrasiyasının əvvəlki sərt mövqeyindən kəskin dönüş kimi qiymətləndirilir.
King.Az bu barədə "İnrefaks"a istinadla xəbər verir.
Qeyd olunur ki, şirkətin direktoru Censen Xuanın bir neçə gün əvvəl Ağ Evdə Tramp və onun administrasiya üzvləri ilə görüşündən sonra bu razılıq əldə olunub.
"Nvidia" "H20" çiplərini əvvəlki ixrac məhdudiyyətlərini nəzərə alaraq Çin üçün xüsusi adaptasiya etmişdi, lakin aprel ayında bu çiplərə də qadağa qoyulmuşdu.
Hazırda "Nvidia" Çində yeni bir "Blackwell" arxitekturasına əsaslanan, lakin ixrac qaydalarına uyğun olaraq bəzi texniki göstəriciləri zəiflədilmiş süni intellekt çipi də hazırlayır.
ABŞ-nin bu addımı Pekin tərəfindən ticarət danışıqlarında xoş niyyət jesti kimi dəyərləndirilib. Çin üçün qabaqcıl yarımkeçirici texnologiyalara çıxış əsas prioritetlərdən biridir.
Oxşar Mövzular
UEFA Avropa Liqası: 1/8 final mərhələsinin ilk görüşləri keçiriləcək
6-03-2025, 13:01Yunanıstanda 800 min illik yeraltı göl aşkarlandı
28-10-2025, 13:50Polşa prezidenti Almaniya və Litva ilə sərhədə qoşun göndərdi
4-10-2025, 13:28