ABŞ-nin Solt-Leyk-Siti şəhərində baş verən atışma nəticəsində azı iki nəfər ölüb, altı nəfər yaralanıb.
King.Az xəbər verir ki, bu barədə yerli polisdən məlumat verilib.
Məlumata görə, insident zaman yarananlardan üçünün vəziyyəti ağırdır.
"Şübhəli şəxslər hələlik müəyyənləşməyib, lakin əməkdaşlarımız bəzi məlumatlar əldə ediblər. Hazırda hadisə ilə əlaqəli şəxslərin müəyyən edilməsi istiqamətində işlər aparılır", - deyə hüquq-mühafizə orqanından bildirilib.
"ABC News"un məlumatına görə, atışma vida mərasiminin keçirildiyi kilsənin yaxınlığında baş verib.