Bazar
Yan 04

Uelsli kişi 80 nəfərlik kənddə 43 uşaq atası olub

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Uelsin şimal-qərb sahilindəki kiçik Tregayan kəndinin sakini Uilyam Ap Hauell 105 il yaşayıb.

King.Az "The Mirror"a istinadən xəbər verir ki, bu illər ərzində o, 43 uşaq atası olub.

Uelsin "ən məhsuldar" atası haqqında ilk dəfə hələ 1778-ci ildə məlumat dərc olunub. O, 21 yaşından etibarən hər iki ildən bir övlad sahibi olurmuş.

Məlumata görə, Uilyamın uşaqlarını beş müxtəlif qadın dünyaya gətirib. Maraqlıdır ki, o zaman kəndin əhalisi cəmi 80 nəfər idi.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.