ABŞ silahlı qüvvələri əvvəlcə Venesuelaya qarşı hərbi əməliyyatı dekabrın 25-də, katolik Milad günündə başlatmağı planlaşdırıb, lakin daha sonrakı tarixə təxirə salınıb.
King.Az-ın xəbərinə görə, bu barədə ABŞ-nin "CBS News" telakanalı öz mənbələrinə istinadən məlumat verib.
Kanalın məlumatına görə, hərbi rəhbərlik əməliyyatın Milad günündə keçirilməsini müzakirə edib, lakin prioritet ABŞ-nin Nigeriyadakı İŞİD terror qruplaşmasının hədəflərinə qarşı hava hücumlarına verilib. Daha sonra tarix yenidən təxirə salınıb, çünki ABŞ üstünlük qazanmaq üçün hava şəraitinin yaxşılaşmasını gözləyib.
Həmçinin CNN bildirib ki, ABŞ Senatının Silahlı Qüvvələr Komitəsi Venesuela ərazisində hərbi əməliyyatlar barədə əvvəlcədən xəbərdarlıq almayıb.
Qeyd edək ki, Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı Silia Flores hərbi əməliyyatlar nəticəsində ABŞ hərbçiləri tərəfindən ələ keçirilib və ölkədən çıxarılıb.
Oxşar Mövzular
İran və Ermənistan arasında bir sıra sənədlər imzalanıb
19-08-2025, 14:34Çempionlar Liqası: Dortmund "Borussiya"sı 1/8 finalda
20-02-2025, 00:17Yağıntılı və küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVA
10-04-2025, 18:23