Cümə axşamı
Fev 06

İspaniya Kuboku: "Real Madrid" son dəqiqə qolu ilə yarımfinalda

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
İspaniya Kral Kubokunda ikinci 1/4 final matçı başa çatıb.

King.Az xəbər verir ki, "Leqanes" doğma meydanda "Real Madrid" qarşısında sonadək tab gətirə bilməyib. Ev sahibləri 2 top geridən gələrək hesabı bərabərləşdirsələr də, əlavə olunmuş dəqiqələrdə buraxılan qolla məğlub olublar - 2:3.

Qələbə sayəsində "Real" həmyerlisi "Atletik"in ardınca adını yarımfinala yazdırıb.

Qeyd edək ki, bu iki klubla yanaşı "Barselona", "Valensiya", "Real Sosyedad" və "Osasuna" da Kral Kuboku uğrunda mübarizə aparır.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.