Akademik Opera və Balet Teatrının layihə, dizayn və məzmun konsepsiyası xidmətlərinin satın alınması ilə bağlı satınalma prosesi yekunlaşıb.
King.Az xəbər verir ki, "Əsaslı Tikinti və Təchizat" MMC tərəfindən keçirilən bir mənbə üsulu ilə satınalma üzrə "Vasconi Architectes By Thomas Schinko" şirkəti ilə müqavilə bağlanılıb. Satınalma müqaviləsinin ümumi dəyəri 1 milyon 250 min 800 manat təşkil edir.
Layihə çərçivəsində Opera və Balet Teatrının memarlıq həlli, dizayn yanaşması və məzmun konsepsiyasının hazırlanması nəzərdə tutulur.
Oxşar Mövzular
Günəşin yaxınlığından keçən komet yoxa çıxdı
29-10-2024, 11:14Soul Seeker - Let's Get It (Extended Mix)
20-05-2025, 13:40
