Çinin Yunnan bölgəsində kömür mədənində baş verən qəza nəticəsində dörd nəfər ölüb, daha üç nəfər itkin düşüb.
King.Az xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən "Sinxua" agentliyi məlumat yayıb.
"Xilasedicilər Çinin cənub-qərbindəki Yunnan bölgəsində kömür və qaz sızmasından sonra baş verən qəza nəticəsində dağıntılar altından dörd cəsəd çıxarıblar. Daha üç nəfər itkin düşüb", - məlumatda bildirilir.
Hadisə yerində xilasetmə əməliyyatları davam edir. Qəzanın səbəbi müəyyənləşdirilir.
Oxşar Mövzular

Çində ölənləri mənzillərdə dəfn etmək qadağan olundu
31-03-2026, 14:01
Tailandın cənubunda daşqın: Turistlər hotellərdən təxliyə ediliblər
24-11-2025, 13:59