Şənbə
Sen 27

"Bayraktar Kızılelma" silahla ilk sınaq uçuşunu keçirib

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

"Baykar" şirkətinin hazırladığı "Bayraktar Kızılelma" pilotsuz döyüş təyyarəsi, ASELSAN istehsalı olan "Tolun" sursatı ilə ilk bağlı uçuş sınağını uğurla yerinə yetirib.

King.Az-ın verdiyi xəbərə görə, bu barədə Selçuk Bayraktar məlumat verib.

Qeyd olunub ki, "Kızılelma" ilə "Tolun"un birləşməsi hava və quru əməliyyatlarının inteqrasiyası baxımından strateji əhəmiyyət daşıyır və gələcəyin döyüş doktrinalarına yön verəcək.

Görgün həm Baykar, həm də ASELSAN komandasını təbrik edərək bildirib ki, bu uğur Türkiyənin müstəqil müdafiə sənayesinin gücünü bir daha nümayiş etdirir.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.