Azərbaycan Mərkəzi Bankı (AMB) 2026-cı ildə pul siyasəti qərarlarının ictimaiyyətə açıqlanması qrafikini dərc edib.
King.Az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının 2026-cı il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında məlumat yayılıb.
2026-cı ildə faiz dəhlizinin parametrlərinə dair qərarlar 8 dəfə olmaqla (4 fevral, 2 aprel, 6 may, 24 iyun, 5 avqust, 23 sentyabr, 4 noyabr və 23 dekabr) təqdim ediləcək.
Qeyd olunan tarixlərdən 2026-cı ilin 4 fevral, 6 may, 5 avqust və 4 noyabr tarixlərində qərarın açıqlanması mətbuat konfransı ilə müşayiət olunacaq, həmçinin həmin günlərdə ekspertlərlə görüşlər keçiriləcək.
Qərarlar elan olunduqdan sonrakı iş günündə qüvvəyə minəcək.
Oxşar Mövzular
Putinin helikopteri Ukraynanın dron hücumunun mərkəzinə düşüb
25-05-2025, 15:15