Cümə axşamı
Mar 06

Qrenlandiyanın baş naziri: "ABŞ-li olmaq istəmirik, adanın sakinləri satılmır"

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
"ABŞ Prezidenti Donald Tramp anlamalıdır ki, qrenlandiyalılar ABŞ-li olmaq istəmirlər".

King.Az-ın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu sözləri Qrenlandiyanın Baş naziri Mute Eqede sosial şəbəkə hesabında yazıb.

"Qrenlandiya bizimdir. Biz nə ABŞ-li, nə də danimarkalı olmaq istəyirik. Biz qrenlandiyalıyıq", - deyə o bildirib.

Eqede qeyd edib ki, adanın sakinləri satılmır, Tramp və ABŞ-lilər da bunu başa düşməlidirlər.

"Gələcəyimiz Qrenlandiyada bizim öz tərəfimizdən həll edilir", - deyə baş nazir qeyd edib.

Xatırladaq ki, Donald Tramp martın 4-də Konqresdə çıxışı zamanı ABŞ-nin Qrenlandiyanı əldə etmək imkanını nəzərdən keçirməyə davam etdiyini deyib.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.