Fransa millisinin baş məşqçisi Didye Deşam bu postda onu əvəzləyəcək əsas namizəd kimi Zinəddin Zidanı göstərib.
King.Az "L'Equipe"-yə istinadən xəbər verir ki, D.Deşam açıqlamasında həmyerlisi və keçmiş komanda yoldaşı haqqında xoş sözlər deyib:
"Bizim bir-birimizə böyük hörmətimiz var. Axırıncı dəfə 2023-cü ilin yayında görüşmüşük. Gələn ilin yayında yenidən görüşməliyik. Zidan əla namizəddir. Təbii olaraq əlavə edərdim ki, gözlənilən namizəddir. Amma onun bunu istəyib-istəmədiyini bilmirəm".
Deşam 2026-cı il dünya çempionatından sonra vəzifəsini tərk edəcəyini açıqlayıb.
Qeyd edək ki, onun rəhbərliyi altında Fransa millisi DÇ-2018-in qalibi olub, dörd il sonra isə sözügedən turnirdə gümüş medal qazanıb.

Oxşar Mövzular
Həkimə müraciət edən Braziliya prezidentinin diaqnozu bilindi
27-05-2025, 12:27Başımız niyə ağrıyır? - müalicə üsulları və qarşısını alma yolları
10-02-2025, 11:31Türkiyədə ard-arda zəlzələlər baş verdi
11-10-2024, 16:08