Çərşənbə
Dek 24

Azərbaycanda topdansatış ticarət dövriyyəsinin 90 faizə yaxını Bakı və Abşeronda formalaşıb

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda bütün mülkiyyət növləri üzrə topdansatış ticarət dövriyyəsi 17 milyard 157 milyon 578.5 min manat təşkil edib.

King.Az rəsmi statistikaya istinadən xəbər verir ki, hesabat dövründə Bakı şəhərində topdansatış ticarət dövriyyəsi 14 milyard 466 milyon 505.9 min manat olub ki, bu da ölkə üzrə ümumi dövriyyənin təxminən 84.3 faizinə bərabərdir.

Abşeron-Xızı iqtisadi rayonunda isə topdansatış ticarət dövriyyəsi 798 milyon 941.7 min manat təşkil edib. Bu göstərici ölkə üzrə ümumi dövriyyənin təxminən 4.7 faizini təşkil edir.

Beləliklə, Bakı və Abşeron-Xızı iqtisadi rayonlarının birlikdə payı 15 milyard 265 milyon 447.6 min manat olmaqla, ölkə üzrə topdansatış ticarət dövriyyəsinin təxminən 89 faizinə yaxınını formalaşdırıb.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.