2
Bazar
Okt 13

Mbappenin Fransa millisi ilə bağlı planları məlum oldu

HASANLY
Fransa millisinin və "Real Madrid"in hücumçusu Kilian Mbappe karyerasının hazırkı mərhələsində "Qızıl top"u qazanmağı arzuladığı üçün diqqətini əsasən klubda çıxış etməyə yönəltmək istəyir.

King.Az xəbər verir ki, bu barədə Footmercato məlumat yayıb.

Məlumata görə, 25 yaşlı hücumçu zədə riskini minimuma endirmək məqsədilə yalnız Fransa millisinin vacib oyunlarında iştirak etməyi planlaşdırır.

Mbappe millinin məşqçilər heyətinə oktyabrda keçiriləcək təlim-məşq toplanışına qatılmayacağını bildirib.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.