0
Şənbə
Dek 06

Qax sakini ehtiyatsızlıqdan özünü güllələdi

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Qax rayonunda qoyun otaran kişi özünü güllələyib.

King.Az-ın məlumatına görə, hadisə rayonun Baydarlı kəndi ərazisində baş verib.

Kənd sakini, 46 yaşlı Rasim Məmmədov kənd ərazisində qoyun otararkən ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılmış atəşdən xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan King.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, ondan müvafiq sənədləri olan ov tüfəngi götürülüb.

Faktla bağlı ərazi üzrə polis orqanında istintaq araşdırmaları aparılır.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.