0
Bazar
Dek 29

"Arsenal" klubunun ulduzu minimum iki ay yaşıl meydanlarda olmayacaq

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
İngiltərənin "Arsenal" klubunun futbolçusu Bukayo Saka əməliyyat olunduğu üçün iki ay müddətinə yaşıl meydanlardan kənar qalacaq.

King.Az "Goal" nəşrinə istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Mikel Arteta bildirib.

Mütəxəssis futbolçunun uzun müddət oynamayacağını deyib.

Qeyd edək ki, 23 yaşlı ingiltərəli futbolçu XVII turda, "Kristal Pelas"la matçın 24-cü dəqiqəsində zədələnərək meydanı tərk edib. Hücumçu cari mövsüm "topçular"ın heyətində İngiltərə Premyer Liqasında meydana çıxdığı 16 oyunda 5 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.