Cümə
Dek 05

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin vəzifəli şəxsləri öz ərizələri ilə işdən çıxıblar

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində müşavirlər işdən azad olunublar.

Bu barədə King.Az-a məlumat daxil olub.

Məlumatda üç şəxsin dövlət satınalmaları ilə bağlı hüquq pozuntuları səbəbindən işdən çıxarıldığı qeyd edilir.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən King.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Əhməd Həsənov və Elşən Həsənov müxtəlif vaxtlarda öz ərizələri əsasında işdən ayrılıblar:

"Cəfər Babayev isə hazırda sədrin müşaviri qismində agentlikdə çalışır".

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.