ABŞ və Ukrayna nümayəndələri arasında noyabrın 30-da Floridada keçirilən məsləhətləşmələr çətin keçib, əsasən ərazi məsələləri müzakirə olunub.
King.Az xəbər verir ki, bu barədə "Axios" nəşri məlumat yayıb.
Nəşr Ukrayna rəsmilərinə istinadən məlumat yayıb ki, danışıqlar çətin və gərgin olsa da, məhsuldar alınıb.
Bildirilir ki, məsləhətləşmələr ABŞ-nin sülh planına uyğun olaraq, Rusiya ilə faktiki sərhədin haradan keçəcəyinə yönəlib.
"Axios"un mənbəsi iddia edir ki, danışıqlarda ABŞ razılığa gəlmək üçün Ukraynanın ərazisi güzəştlərinə getməsini istəyib. Bu səbəbdən görüşün əsas hissəsi ərazi ilə bağlı məsələlərin müzakirəsinə həsr olunub.
ABŞ və Ukrayna nümayəndə heyətləri arasında aparılan danışıqlardan sonra Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi məsələsi həll olunmamış qalıb.
Bu barədə isə ABŞ Administrasiyasının yüksəkrütbəli rəsmisinə istinadən "Wall Street Journal" nəşri məlumat yayıb.
Görüşü şərh edən ABŞ Prezidenti Donald Tramp isə bəyan edib ki, Ukrayna münaqişəsinin həlli ilə bağlı razılığa gəlmək üçün yaxşı şans var.
Məsləhətləşmələrdə ABŞ tərəfindən dövlət katibi Marko Rubio, prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff və Trampın kürəkəni Cared Kuşner, Ukraynadan isə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov və xarici işlər nazirinin birinci müavini Sergey Kislitsiya iştirak edib.
Xatırladaq ki, rəsmi Vaşinqton bundan əvvəl münaqişənin dayandırılmasına dair 28 bəndlik sülh planı təklif edib.
Oxşar Mövzular
Prezident İlham Əliyev: "Azərbaycana hər zaman güvənə bilərsiniz"
28-04-2025, 13:23Xames Rodrigesin yeni klubu bəlli oldu
14-01-2025, 13:29