1
Monday
Oct 21

Ermənistan BRICS-ə üzv olmağı planlaşdırmır

HASANLY
Ermənistan 22-24 oktyabr tarixlərində Kazanda keçiriləcək BRICS sammitində iştirak edəcək.

King.Az-ın Ermənistan mediasına istinadla verdiyi məlumata görə, bu barədə parlamentdə respublikanın baş nazirinin müavini Mqer Qriqoryan bildirib.

Baş nazirin müavini bununla belə İrəvanın hazırkı mərhələdə birliyin üzvü olmaq imkanını müzakirə etmədiyini vurğulayıb.

"Xeyr, xeyr, hazırkı mərhələdə xeyr", - deyə o, BRICS-ə üzvlük üçün müraciət etmək imkanı ilə bağlı jurnalistin sualını cavablandırıb.

Qeyd edək ki, daha əvvəl Ermənistan hökuməti baş nazir Nikol Paşinyanın BRICS sammitində iştirak edəcəyini təsdiqləyib.
Şərhlər (0)

Information
Users of Qonaq are not allowed to comment this publication.