"Samsung Electronics" şirkəti 2025-ci ilin üçüncü rübündə həm tədarük həcminə, həm də televizor bazarındakı gəlir payına görə birinci yeri tutub.
King.Az bu barədə "Omdia" araşdırma şirkətinin saytına istinadən xəbər verir.
Bildirilir ki, "Samsung Electronics"in bazar payı ötən ilin 28.6%-i ilə müqayisədə 29% təşkil edib.
Məlumata görə, "Samsung"un ardıcıl 20-ci il bazar lideri olmaq üçün bütün şansları var. "LG Electronics" televizor bazarında ikinci yeri qoruyub, lakin ümumi gəlir payı ötən ilin 16.5%-i ilə müqayisədə 15.2%-ə düşüb.
Üçüncü və dördüncü yerləri isə Çin şirkətləri TCL (13%) və "Hisense" (10.9%) tutub və televizor bazarındakı mövqelərini gücləndiriblər.
Oxşar Mövzular
İlin sonunadək iki dəfə Super Ay hadisəsi müşahidə olunacaq
24-10-2025, 16:34
Гио Пика - Где ты (ZIIV Remix)
13-09-2024, 18:49UEFA Avropa Liqası: Dörddəbir finala yüksələn komandalar bəlli olacaq
13-03-2025, 12:50