İspaniyada 101 yaşlı təqaüdçü idman zalında hər gün iki saat qantellərlə məşq edir.
Oxu.azxəbər verir ki, bu barədə "Daily Mail" yazır.
İspaniyanın Bisaina şəhərindən olan İnyaksi Lasa ikinci dünya müharibəsindən, döş xərçəngindən, iki omba sınığından, göz əməliyyatından və COVID-19-dan sağ çıxıb. Osteoartrit xəstəliyinə baxmayaraq, o, heç vaxt məşq gününü buraxmır.
Lasa ilk dəfə idman zalına 94 yaşında gəlib - əzələlərini və sümüklərini gücləndirmək və demensiyanın inkişafını yavaşlatmaq üçün ağırlıq qaldırmağa başlayıb.
Bununla belə, o, həmişə aktiv həyat tərzi keçirib - gəzintilər, idman velosipedləri və hətta qışda belə səhər gəzintilərinə çıxıb.
İspaniyalı tərəvəz, meyvə və sağlam yağlarla zəngin Aralıq dənizi pəhrizinə riayət edir.
"Həyat bir mübarizədir və mübarizə aparmağa davam etməlisən. Əsas odur ki, bir məqsədin olsun və heç vaxt təslim olmayasan", - təqaüdçü qeyd edir.
