ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda Milli Qvardiyanın əməkdaşlarına hücum edən cinayətkar barədə sual verən jurnalisti təhqir edib.
King.Az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
"Siz bu sualları, sadəcə, səfeh olduğunuza görə verirsiniz", - deyə Tramp Şükran Günü münasibətilə keçirilmiş birbaşa efirdən sonra jurnalistə deyib.
Bildirilir ki, jurnalist Trampdan niyə cinayətkarın 2021-ci ildə ölkəyə kifayət qədər yoxlanılmadan buraxıldığını söylədiyini soruşub:
"Axı ABŞ Daxili Təhlükəsizlik Nazirliyi yoxlamanın aparıldığını israr edir", - jurnalist deyib.
"Çünki onları ölkəyə buraxıblar. Siz axmaqsınız? Onlar burada olmamalı olan minlərlə başqa insanla birlikdə təyyarə ilə gəliblər", - deyə ABŞ prezidenti bildirib.