Donald Trampın xüsusi elçisi Stiven Uitkoffun Moskvaya planlaşdırılan səfəri fonunda ABŞ Senatı Rusiyaya qarşı sanksiyalar haqqında qanun layihəsinin nəzərdən keçirilməsini dayandırıb.
King.Az xəbər verir ki, bu barədə "Kyiv Post" yazıb.
"ABŞ Senatı Rusiyaya qarşı miqyaslı ikipartiyalı sanksiya paketinin nəzərdən keçirilməsini dayandırıb... Qanun layihəsi Trampın əsas danışıqçısı Stiven Uitkoffun gələn həftə Moskvaya planlaşdırılan səfərinə qədər təxirə salınıb", - nəşrin məlumatında deyilir.
Rusiya Prezidenti Vladimir Putin bir gün əvvəl Bişkekdə mətbuat konfransında ABŞ-nin Rusiyanın neft şirkətlərinə qarşı yeni sanksiyalarını təəccüblə qarşıladığını bildirib.
Onun sözlərinə görə, Alyaskada keçirilmiş Rusiya-ABŞ sammitindən sonra tərəflər Ukrayna münaqişəsinin nizamlanması üçün nə etmək lazım gəldiyini anlayıblar.
"Birdən-birə Birləşmiş Ştatlar bizim iki neft şirkətimizə qarşı sanksiyaların tətbiq olunduğunu elan edir. Nə üçün? Sizə tam səmimi deyirəm ki, nə baş verdiyini heç anlamadım", - Putin deyib.
Oxşar Mövzular

Gündəlik Bürclər-(24.02.2025)
24-02-2025, 00:05