Şənbə
Noy 08

Qazaxıstanın müdafiə naziri Bakıda keçirilən hərbi paradda iştirak edir

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Qazaxıstanın müdafiə naziri Dauren Kosanov İkinci Qarabağ müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda iştirak etmək üçün Bakıya gəlib.

King.Az xəbər verir ki, bu barədə Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel sosial şəbəkələrdə paylaşım edib.

"Qazaxıstanın müdafiə naziri paradda iştirak etmək üçün xüsusi olaraq Bakıya gəlib. Qardaş Azərbaycanı Zəfər Günü münasibətilə ürəkdən təbrik edirik! Bütün şəhidlərin məkanı cənnət olsun", - deyə paylaşımda bildirilir.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.