Cümə
Yan 30

Pentaqon "F-16"lara xidmət göstərmək üçün genişmiqyaslı müqavilə bağladı

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Pentaqon Ukraynaya təhvil verilənlər də daxil olmaqla, "F-16" qırıcı təyyarələrinə xidmət göstərmək üçün genişmiqyaslı müqavilə imzalayıb.

King.Az xəbər verir ki, bu barədə Təhlükəsizlik üzrə Əməkdaşlıq Agentliyi (DSCA) məlumat yayıb.

Məlumata görə, müqavilə bu təyyarələr üçün tam təmir və logistika dəstəyi təmin edəcək.

Qeyd olunur ki, müqavilənin dəyəri 235.5 milyon dollardır. İşlər Belçikada "Sabena" aerokosmik mühəndislik şirkətində aparılacaq. Prosesin 2029-cu il yanvarın 28-dək tamamlanması gözlənilir.

"Müqavilə "F-16" təyyarələrinin və mühərriklərinin orta və əsaslı təmirini, eləcə də Ukrayna üçün logistika idarəetmə dəstəyini nəzərdə tutur", - deyə Pentaqondan verilən açıqlamada bildirilib.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.