Finlandiya Rusiya ilə sərhəddə hərbi təlimlərə başlayıb.
King.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Finlandiya Müdafiə Qüvvələrinin Mətbuat Xidmətindən məlumat verilib.
Məlumata görə, 27 noyabr-4 dekabr tarixləri arasında davam edəcək təlimlərdə 6 500 əsgər və 900-dən çox texnika iştirak edir.
Təlimlər Uusimaa, Pyayat-Hyame və Rusiya ilə həmsərhəd Kyumenlaakso bölgələrində keçirilir.
Müdafiə Nazirliyindən vurğulanıb ki, təlimlər bölmələr arasında uyğunluğun dəstəklənməsi və Finlandiya Silahlı Qüvvələrinin döyüş hazırlığının qorunmasına yönələcək.
Oxşar Mövzular
Tramp "Qızıl kart" əldə etmək istəyənlər üçün sayt təqdim edib
12-06-2025, 16:21Azərbaycan Prezidentinə başsağlığı məktubları gəlməkdə davam edir
15-01-2025, 22:37