0
Cümə axşamı
İyn 12

Tramp "Qızıl kart" əldə etmək istəyənlər üçün sayt təqdim edib

HASANLY

ABŞ Prezidenti Donald Tramp 5 milyon dollara varlı əcnəbilərə təqdim olunacaq ənənəvi yaşıl karta elit alternativ olan yeni "Qızıl kart" (Trump card) proqramına həsr olunmuş TrumpCard.gov saytını rəsmi olaraq təqdim edib.

King.Az xəbər verir ki, o, növbələrin artıq açıq olduğunu açıqlayıb.

"Minlərlə insan qeydiyyatla bağlı suallar ünvanlayır və əlaqə saxlayırlar", - deyə prezident sosial şəbəkələrdə yeni təşəbbüsə yüksək marağın olduğunu vurğulayıb.

Xatırladaq ki, Tramp "Qızıl kart"ın nümunəsini ilk dəfə bu ilin aprelində prezidentə məxsus "Air Force One" təyyarəsinin göyərtəsində nümayiş etdirib. Həmin vaxt dövlət başçısı qürurla öz simasını əks etdirən sənədin prototipini nümayiş etdirib və kartların iki həftədən az müddətdə hazır olacağına söz verib.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.