1
Bazar ertəsi
Noy 24

Tailandın cənubunda daşqın: Turistlər hotellərdən təxliyə ediliblər

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Tailandın cənubunda güclü daşqın səbəbindən 17 hoteldən turistlər təxliyə ediliblər.

King.Az-ın MK.ru-ya istinadən xəbərinə görə, bu barədə krallığın turizm polisindən məlumat verilib.

Məlumata görə, Hatyay şəhərindəki hotellərdən turistlər təxliyə olunublar. Malayziya, Sinqapur və İndoneziya vətəndaşları hotel otaqlarını tərk etməyə məcbur qalıblar və onlar müvəqqəti sığınacaq, yemək və içməli su ilə təmin ediliblər.

"Hatyay hava limanı normal rejimdə fəaliyyətini davam etdirir", - deyə yerli polis bildirib.

Tailandın turizm orqanları səyahətçilərə şəhərdən, xüsusən də şəhərin alçaqda yerləşən ərazilərindən uzaq durmağı tövsiyə edib.

Həmçinin "The Nation" qəzeti Hatyay şəhərinin yerləşdiyi Sonqkxla əyalətində daşqından 465 000 insanın zərər çəkdiyini qeyd edib.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.