Çərşənbə
Noy 19

Müğənni Dənizə böhtan və təhqir maddələri üzrə bəraət verildi

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Binəqədi Rayon Məhkəməsində vəkil Cavidan Osmanlının müğənni Dəniz Əsədova barəsində xüsusi ittiham qaydasındakı şikayətinə baxılıb.

King.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, vəkil sənətçinin Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə təqsirli bilinməsini tələb edib.

Lakin məhkəmə vəkilin ittihamlarını qəbul etməyib və Dəniz Əsədovaya qeyd edilən maddələr üzrə bəraət verilib.

Qeyd edək ki, daha əvvəl vəkil Asim Abbasov da eyni məzmunlu ittihamla çıxış etmiş və həmin vaxt D.Əsədova 7 aylıq həbs edilmişdi. Hazırda həbsdə olan müğənni dələduzluq əməllərində təqsirləndirilir.

Cavidan Osmanlı isə bir müddət əvvəl Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilib. Onun barəsində də dələduzluq ittihamları var və barəsində cinayət işi açılıb.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.