Bazar
Noy 09

Ferdi Tayfurun böyük sərvəti: İki övladına heç bir miras qoymayıb

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Türkiyə musiqisinin sevilən səslərindən olan Ferdi Tayfur ölümündən sonra var-dövləti ilə gündəmə gəlib.

King.Az "Haber Global"a istinadən xəbər verir ki, sənətçidən qalan böyük miras üstündə qalmaqal da yaşanır.

Məlumata görə, Tayfurdan 6 milyard lirə (təxminən 241 milyon manat) sərvət qaldığı bildirilir.

Sənətçinin qızı Tuğçenin atasının mal-mülkü ilə bağlı məhkəmə qalmaqalı uzun müddət gündəmdən düşməyib.

Mərhum sənətçi ölməzdən qabaq sərvətinin böyük qismini bölüşdürüb. O, Türkiyə ordusuna və bir sıra başqa qurumlara da mal-dövlətindən miras qoyub.

Tayfurun sərvətindən ən böyük pay isə üç övladına və digər yaxın qohumlarına düşüb.

Maraqlıdır ki, o, qızı Tuğçeyə və oğlu Timura sərvətindən heç nə verməyib.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.