Çərşənbə axşamı
Mar 11

Şimali Makedoniya prezidenti: "Azərbaycan beynəlxalq münasibətlərdə çox fəaldır"

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
"Azərbaycan beynəlxalq münasibətlərdə çox fəaldır".

AZƏRTAC xəbər verir ki, bu sözləri Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkova Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında deyib.

"Sonuncu görüş zamanı burada iqlim konfransı təşkil edilmişdi. İndi isə növbəti dəfə tədbir keçiriləcək və orada dünyanı narahat edən əsas çağırışlar müzakirə olunacaq. Bu da yaxşı fürsətdir, çünki bu il biz ölkələrimiz arasında diplomatik münasibətlərimizin otuzuncu ildönümünü qeyd edirik. Düşünürəm ki, həmin tarixin bu görüşlə üst-üstə düşməsi yaxşı haldır", - deyə Prezident vurğulayıb.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.