Fransa Prezidenti Emmanuel Makronun seçkiqabağı kampaniyalarının qanunsuz maliyyələşdirilməsi işi üzrə "McKinsey" konsaltinq şirkətinin Paris ofisində axtarışlar aparılıb.
King.Az bildirir ki, bu barədə məlumatı "Le Figaro" qəzeti mənbəyə istinadən paylaşıb.
Qeyd olunur ki, axtarış noyabrın 6-da keçirilib. Müstəntiqlər daha əvvəl "McKinsey"nin hazırkı və keçmiş rəhbərlərinin evlərində, Makronun "Dirçəliş" partiyasının ofisində, həmçinin konsaltinq firmasının Parisdəki mənzil-qərargahında axtarışlar aparıblar.
Fransanın Milli Maliyyə Prokurorluğu "McKinsey" ilə bağlı 2022-ci ildə istintaqa başlayıb. İddiaya görə, konsaltinq şirkəti 2017 və 2022-ci illərdə Makronun seçki kampaniyalarının maliyyələşdirilməsində iştirak edib.
Qeyd edək ki, "McKinsey" ABŞ-də yaradılan dünyanın ən böyük konsaltinq şirkətlərindən biridir.
Oxşar Mövzular
Türkiyəli iş adamı Fransada futbol klubu aldı
22-12-2024, 16:50
"Barselona" ingilis futbolçunu transfer etdi
30-05-2026, 14:50Cənubi Koreyada silahlanmış şagird məktəbə hücum edib: Yaralılar var
28-04-2025, 17:32