Cümə axşamı
Noy 13

Rusiyada kişi aliment ödəməmək üçün ağlasığmaz əmələ əl atdı

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Rusiyanın Tümen şəhərinin sakini aliment ödəməmək üçün hər il ad, soyad və atasının adını dəyişib.

King.Az bildirir ki, bu barədə 72.RU portalına Aliment Ödənişlərinin Alınması üzrə Məhkəmə İcraçıları Şöbəsinin müdiri Roman Korenev məlumat verib.

Onun sözlərinə görə, kişi ildə bir dəfə tamamilə yeni soyad, ad və ata adı götürərək, alimentlər üzrə məsuliyyətdən yayınmağa çalışıb, daha sonra isə köhnə adına qayıdıb və bu proseduru təkrarlayıb.

Adı açıqlanmayan kişinin icraçılardan nə qədər müddət gizləndiyi barədə məlumat yoxdur, bununla belə, onun səyləri boşa çıxıb.

"Vətəndaşlıq Qeydiyyatı İdarəsi ad dəyişikliyi zamanı bu barədə məlumatı məhkəmə icraçılarına ötürür, buna görə də borclunun bu yolla aliment ödəməkdən yayınması mümkün deyil", - deyə məlumatda bildirilir.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.