Antuan Qrizman İspaniya La Liqasında bir məşqçinin rəhbərliyi altında vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.
King.Az Sport24.ru-ya istinadən xəbər verir ki, fransız hücumçu Dieqo Simeonenin baş məşqçiliyi altında "Atletiko Madrid"in heyətində 138-ci qolunu vurub.
Qrizman bu nailiyyətə İspaniya çempionatının 8-ci turu çərçivəsində evdə "Levante" ilə oyunda (3:1) imza atıb. Qalib komandanın heyətində Qrizman dublla yadda qalıb.
Qeyd edək ki, əvvəlki rekord Lionel Messiyə məxsus olub. Argentinalı ulduz Pep Qvardiolanın dövründə "Barselonanın heyətində rəqib qapılarından 137 top keçirib.
Oxşar Mövzular
Mark Tven – "Tom Soyyerin Macəraları" (PDF Kitab Yüklə)
24-02-2025, 19:38ABŞ Macarıstana bir il möhlət verdi: Rusiyadan neft və qaz ala bilər
13-11-2025, 13:48Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanı təbrik edib
18-10-2025, 15:26