Bazar
Noy 09

"Xpeng" hava taksisini təqdim etdi

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Öz avtomobilləri ilə tanınan "Xpeng" markasının "Aridge" hava nəqliyyatı bölməsi "A868" layihəsinin ilk təsvirlərini yayımlayıb.

King.Az auto.ru-ya istinadən xəbər verir ki, bu, altınəfərlik sərnişindaşıyan hlikopterə bənzər minik vasitəsidir.

Məlumata görə, prototiplərin uçuş sınaqları artıq başlayıb.

"Aridge A868" şaquli qalxma və enmə funksiyasına malikdir ki, bu da uçuş-eniş zolağına ehtiyacı aradan qaldırır.

"A868"in güc aqreqatının texniki xüsusiyyətləri hələ açıqlanmayıb, lakin onun hibrid olduğu və saatda 360 km sürətə 500 kilometrdən çox məsafə qət edə biləcəyi məlumdur.

Hava taksisi kimi nəzərdə tutulan "A868"in nə vaxt kütləvi istehsala buraxılacağı hələlik müəyyən edilməyib.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.