Misli Premyer Liqasının 12-ci turu çərçivəsində "Kəpəz" "Səbail" üzərində qələbə qazanıb.
King.Az Oxu.Az-a istinadən xəbər verir ki, Tovuz şəhər stadionunda keçirilən qarşılaşma Gəncə klubunun 1:0 hesablı üstünlüyü ilə yekunlaşıb. Yeganə qolu 90+5-ci dəqiqədə Camal Cəfərov vurub.
12-ci turun son matçı Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda gerçəkləşəcək. "Sumqayıt" evdə "Sabah"la qarşılaşacaq. Rəvan Həmzəzadənin idarə edəcəyi görüşə saat 19:00-da start veriləcək.
Hazırda "Sabah" 17 xalla beşinci pillədə yer alıb. "Sumqayıt" isə 10 xalla 7-cidir.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Neftçi" evdə "Araz-Naxçıvan"a uduzub - 0:1. "Turan-Tovuz" - "Qarabağ" matçında qol vurulmayıb. "Zirə" isə səfərdə "Şamaxı"nı məğlub edib - 2:0.

Oxşar Mövzular

2025-ci ili ilk qarşılayan ölkənin adı məlum oldu
31-12-2024, 22:17