Ayın görünən tərəfindəki Neper kraterinin fotosu çəkilib.
King.Az xəbər verir ki, kraterin fotosu Rusiyanın Federal Kosmik Agentliyi "Roskosmos"un "Telegram" kanalında paylaşılıb.
Qeyd olunur ki, kraterın 3.9-4.1 milyard yaşı var. Krater intensiv bombardman dövründə formalaşıb və Ay diskinin kənarında yerləşir. Bu səbəbdən o çox vaxt təhrif olunmuş rakursda görünür.
"Kraterin diametri təxminən 142 km-dir (içərisinə Monteneqro ölçüsündə bir dövlət yerləşə bilərdi)", - "Roskosmos"dan bildirilib.
Həmçinin qeyd olunur ki, paylaşılan foto "Schmidt-Cassegrain C/9.25 XLT" teleskopu, ASI678MC kamerası və "UV&IR Cut" filtri vasitəsilə çəkilib.
Oxşar Mövzular

Kreml Zelenskini Putinlə danışıqlar üçün Moskvaya dəvət edib
28-01-2026, 21:04Leo Messinin "Qalatasaray"a transfer məsələsinə aydınlıq gətirildi
8-11-2025, 15:58