Finlandiyanın Ehtyari şəhərinin zooparkı iflas etdiyi üçün cəmi 1 avroya satılıb.
King.Az xəbər verir ki, bu barədə məlumatı "Yle" telekanalı yayıb.
Bildirilir ki, sövdələşmə məbləğində vergilər nəzərdə tutulmayıb. Anlaşma özündə torpaq və binalar üçün icarə, habelə heyvanlar və avadanlıq üçün mülkiyyət hüquqlarını birləşdirir.
Zooparkın yeni sahibləri onun keçmiş və hazırkı əməkdaşlarıdır. Onlar vahid bir assosiasiyada birləşərək heyvanlara qulluq məsuliyyətini öz üzərlərinə götürüblər və müəssisəni bundan sonra da işlətmək əzmində olduqlarını bildiriblər.
Daha əvvəl zooparkın Mətbuat Xidməti turistlərin sayının azalması səbəbindən yaranan maliyyə çətinliklərinə görə oktyabrın əvvəlində iflas etmələri barədə məlumat yayıb.
Əsası 1973-cü ildə qoyulmuş bu zoopark şimalda dünyanın ən iri heyvanxanalarından biridir, ərazicə isə Finlandiyanın ikinci zooparkıdır (60 hektar).
Zoopark özünün pandaları ilə məşhur idi. Onlar Ehtyariyrə Çin Sədri Si Cinpinin Finlandiyaya səfərindən bir il sonra - 2018-ci ildə gətirilmişdi. Lakin 2024-cü ilin noyabrında heyvanlar Çinə qaytarılmışdı. Zoopark bunu maliyyə çətinliklərinin olması ilə əlaqələndirmişdi.