Bazar ertəsi
Okt 27

Britaniya Almaniya ilə birgə nüvə silahından istifadə edə bilər

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Britaniya hərbi rəhbərliyi nüvə silahlarının Almaniya ilə birgə istifadəsinin tərəfdarıdır.

King.Az xəbər verir ki, bu barədə "The Daily Telegraph" məlumat yayıb.

Məlumata görə, krallığın Müdafiə Qərargahının keçmiş rəisi və NATO-nun baş katibi də daxil olmaqla, yüksəkvəzifəli hərbi rəsmilər Böyük Britaniyanı Berlinlə yeni müdafiə paktı üzrə danışıqlara başlamağa çağırıblar.

Nəşr həmçinin qeyd edir ki, bu cür təkliflər yaxın gələcəkdə ABŞ-nin Avropanın təhlükəsizliyinin qarantı kimi çıxış etməyəcəyi ilə bağlı artan narahatlıqlar fonunda ortaya çıxıb.

Bildirilir ki, Böyük Britaniya və Almaniya arasında bu məsələ ilə bağlı rəsmi danışıqlar hələ başlamayıb.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.