"Qarabağ"ın sabiq futbolçusu Juninyo Braziliyada növbəti titulunu qazanıb.
King.Az xəbər verir ki, hücumçunun formasını geyindiyi "Flamenqo" Braziliya A Seriyasında çempion olub.
XXXVII turda "Seara"nı minimal hesabla məğlub edən komanda sona bir tur qalmış qızıl medalları təmin edib.
Qeyd edək ki, Juninyonun komandası öz tarixində 9-cu dəfə Braziliya çempionu olub.
Xatırladaq ki, dörd gün əvvəl "Flamenqo" Cənubi Amerikanın əsas klub turniri sayılan Libertadores Kubokunun qalibi olmuşdu.
Oxşar Mövzular
Mixail Mudrikin futboldan uzaqlaşdırılmasının səbəbkarı kimdir?
18-12-2024, 15:17
