İnsanlar ən yüksək məhsuldarlığa 52 dəqiqə işləməklə və ardından 17 dəqiqə istirahət etməklə nail olurlar.
King.Az xəbər verir ki, bu barədə Britaniyanın Kembric Universitetinin tədqiqatçısı Olivia Remes sosial şəbəkə hesabında yazıb.
O, təxminən bir saat işləməyi, sonra qısa bir fasilə verməyi və bunu gün ərzində təkrarlamağı tövsiyə edir. Alimin fikrincə, bu yanaşma uzun, fasiləsiz işdən daha təsirli olur.
Fasilə zamanı texnologiyadan tamamilə uzaqlaşmaq vacibdir, xüsusilə telefonu yoxlamaqdan çəkinmək lazımdır.
Oxşar Mövzular
Türkiyədə hoteldə yanğın baş verib
4-04-2025, 11:51HƏMAS girovları buraxacaqmı? - İsrail siyahı gözləyir
23-12-2024, 14:49
