0
Şənbə
Apr 26

Ronaldu saniyədə 6 avro qazanacaq

HASANLY

Səudiyyə Ərəbistanının "Ən-Nəsr" komandası ilə müqaviləsinin müddəti mövsümün sonunda bitəcək Kriştianu Ronaldunun klubla ikiillik yeni müqaviləyə dair razılığa gəldiyi iddia olunur.

King.Az "Türkiye" qəzetinə istinadla xəbər verir ki, 40 yaşlı portuqaliyalı yeni müqavilə sayəsində böyük məbləğdə gəlir əldə edəcək.

Bildirilir ki, ulduz oyunçunun maaşının məbləği azaldılmayacaq, o, ildə 200 milyon avro qazanmağa davam edəcək.

Ronaldunun yeni müqavilə ilə aylıq qazancı, 16.6 milyon avro, günlük qazancı 547 900 avro, saatlıq qazancı 22 800 avro olacaq.

O, dəqiqədə 380, saniyədə isə 6.3 avro əldə edəcək.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.