Çərşənbə axşamı
İyl 15

Cəlilabadda meşədə yanğın başlayıb

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Cəlilabad rayonunda meşə yanır.

King.Az xəbər verir ki, hadisə rayonun Zopun kəndi ərazisində yerləşən meşəlik sahədə başlayıb. Yanğın meşə örtüyünün sıx olduğu hissədə qeydə alınıb.

Hazırda əraziyə Fövqəladə Hallar Nazirliyinin müvafiq texnikası və canlı qüvvəsi cəlb olunub.

Yanğının başvermə səbəbləri ilə bağlı araşdırma aparılır.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.