HƏMAS-ın İsrailə hücumunda şübhəli bilinən şəxs ABŞ-da saxlanılıb.
King.Az xəbər verir ki, bu barədə ABŞ-nin Ədliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, tutulan şəxsin 2023-cü il oktyabrın 7-də təşkil olunan hücumda əli olub. Qəzza əsilli şəxs Luiziana ştatında tutulub.
Xəbərdə bildirilir ki, Amerikada ələ keçən şəxs daha çox qüvvə ilə HƏMAS-a terror aktı törətməyə kömək etmək üçün İsrail sərhədini keçib. O, 2024-cü il sentyabrın 12-də viza üçün müraciət edərkən özü haqqında yalan məlumat verdikdən sonra ABŞ-yə daxil olub.
Saxlanılan şəxsin barəsində terrorçuluq fəaliyyəti və ABŞ immiqrasiya qanunvericiliyinin pozulması ilə bağlı istintaq aparılır.
Oxşar Mövzular

"Xankəndi" klubu türkiyəli baş məşqçinin vəzifəsini dəyişdi
6-01-2026, 14:33“Qalatasaray” “Fənərbağça”ya qarşı - İstanbul derbisi
24-02-2025, 16:06İran və üç Avropa ölkəsi nüvə proqramı üzrə danışıqları bərpa edəcəklər
20-07-2025, 16:13