Rusiyanın paytaxtı Moskvanın üç hava limanında pilotsuz uçuş aparatların (PUA) hücumu səbəbindən uçuşlar məhdudlaşdırılıb.
King.Az RBC-yə istinadən xəbər verir ki, Moskvaya uçan təyyarələr bu səbəbdən Rusiyanın Saratov şəhərində yerləşən Qaqarin Beynəlxalq Hava Limanına yönləndirilib.
"Söhbət Tbilisi (Gürcüstan), Qazipaşa (Türkiyə), Bakı (Azərbaycan), Düşənbə (Tacikistan), Daşkənd (Özbəkistan), Mineralnıye Vodı, Stavropol və Soçidən (iki reys) həyata keçirilən uçuşlardan gedir. Hazırda təyyarələrə yerdə xidmət göstərilir. Aviaşirkətlərin nümayəndələri sərnişinlərlə əlaqə yaradıblar", - deyə Qaqarin Beynəlxalq Hava Limanının Mətbuat Xidmətindən bildirilib.
Bundan əvvəl, Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin nümayəndəsi xəbərdarlıq edib ki, Moskvaya uçan təyyarələr hava məkanından istifadəyə müvəqqəti məhdudiyyətlər səbəbindən alternativ aerodromlara yönləndirilə bilər.
Oxşar Mövzular
İngiltərə Premyer Liqasında 2020-ci ildən bu yana ən yaxşı 11-lik
3-01-2025, 23:54İngiltərənin dünya çempionu olması Tuxelə milyonlar
20-10-2024, 18:51
Gündəlik Bürclər-(07.08.2025)
7-08-2025, 00:00