ABŞ-nin vitse-prezidenti Cey Di Vens Ağ Evin "Qiyamçılara qarşı mübarizə haqqında" Qanunu tətbiq etmək planlarını təsdiqləyib.
King.Az xəbər verir ki, vitse-prezident bunu bazar günü "NBC News"un "Mətbuatla tanış olun" proqramında bəyan edib.
O, "Donald Tramp ölkə daxilində Milli Qvardiya qüvvələrinin, hətta ABŞ Silahlı Qüvvələrinin yerləşdirilməsi üçün fövqəladə səlahiyyətlərindən istifadə imkanını ciddi şəkildə nəzərdən keçirirmi?" sualına cavabında deyib: "Prezident bütün mümkün variantları nəzərdən keçirir. Biz bu barədə danışırıq, çünki şəhərlərimizdə cinayətkarlıq baş alıb gedir".


