"Bizim Cabirlə çoxdan münasibətimiz olub. Hər gün zəngləşirdik, hal-əhval tuturduq".
King.Az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında mərhum Əməkdar artist Cabir İmanovun dostu, müğənni Ceyhun Zeynalov deyib.
O bildirib ki, Cabir İmanovun vəfatı Azərbaycan mədəniyyəti və dostları üçün üçün ağır itkidir:
"Bizim hər birimiz üçün və dostlar üçün böyük itkidir. Səhhəti ilə bağlı heç bir şikayəti yox idi, necə ekranda görmüsünüzsə, həmişə gümrah idi".
Xatırladaq ki, Cabir İmanov sentyabrın 29-da infarkt keçirərək dünyasını dəyişib.