Şənbə
Mar 15

Ronaldo 928-ci qolunu vurdu

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Futbol üzrə Səudiyyə Ərəbistanı çempionatının 25-ci turu çərçivəsində "Ən-Nəsr" - "Əl-Holud" qarşılaşması baş tutub.

King.Az xəbər verir ki, görüş ev sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:1.

Portuqaliyalı ulduz futbolçu "Ən-Nəsr"in heyətində fərqlənərək karyerasında vurduğu qolların sayını 928-ə çatdırıb.

Ev sahibi komandanın digər qollarını Mane və Duran vurublar. Qonaqlardan isə Lacami fərqlənib.

51 xal toplayan "Ən-Nəsr" turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.