Çərşənbə axşamı
Sen 30

Rəsmi Bakı Donald Trampın Qəzza ilə bağlı sülh planını alqışlayır

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ABŞ Prezidenti Donald Trampın Qəzza ilə bağlı planına münasibət bildirib.

King.Az-ın xəbərinə görə, nazirlik bu barədə rəsmi "X" hesabında paylaşım edib.

"ABŞ Prezidenti Donald Tramp tərəfindən Qəzza münaqişəsinə son qoyulması üçün hərtərəfli planın elan edilməsini alqışlayırıq.

Davamlı və ədalətli sülh səmimi sadiqlik, qarşılıqlı etimad və beynəlxalq hüquqa hörmət tələb edir.

Əsirlərin və girovların mübadiləsi, eləcə də əhalinin humanitar ehtiyaclarının qarşılanması etimadın yaradılması və gərginliyin azaldılması vasitəsilə uzunmüddətli sabitliyə və siyasi nizamlanmaya yol açmaq üçün həyati əhəmiyyət kəsb edir.

Yalnız dialoq və xoşməramlılıq yolu ilə iki dövlətli prinsiplərinə əsaslanan davamlı nizamlanmaya nail olmaq olar", - deyə paylaşımda bildirilib.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.